IntentExpo
  • Ana səhifə
  • Haqqımızda
  • Sərgi
    • Təşkilatçı
    • Sərgilər
    • Universitetlər
    • Təqaüdlər
  • Mətbuat
  • Qeydiyyat
  • Əlaqə

AZ | EN

“Azərbaycan Universitetləri tanıtımı-2” adlı layihəsi

Tarix: 20 February 2019 Comments Off on “Azərbaycan Universitetləri tanıtımı-2” adlı layihəsi

23 iyun 2018-ci il tarixdə Hədəf Liseyinin sərgi zalında Hədəf Globalın təşkilatçılığı ilə “Azərbaycan Universitetlərinin tanıtımı” adlı sərgi təşkil olunmuşdur.

Layihəni keçirməkdə məqsəd Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali məktəbləri abituriyentərə tanıtmaqdır.

Hər tədris ilinin sonunda abituriyentlər univeristet və ixtisas seçimində müəyyən çətinliklər çəkirlər. Buna səbəb abituriyentlərin ölkəmizdə fəaliyyət göstərən ali məktəblər, xüsusən də həmin ali məktəbdlərdə yeni yaradılan ixtisaslar haqqında yetərli məlumata sahib olmamalarıdır. Bunu nəzərə alan layihə təşkilatçıları abituriyentlərlə universitet nümayəndələrinin görüşünü təşkil etməyi qərara alıblar. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün ali məktəblərə layihə ilə bağlı Təşkilat Komitəsi tərəfindən dəvət məktubu göndərilmişdir. Bu il ikincisi təşkil edilən “Azərbaycan Universitetləri tanıtımı” layihəsində 15 ali təhsil müəssisəsi öz istirakını təsdiq edib, sərgidə iştirak etmişdir.

Xatırladaq ki, layihə HədəfGlobalın maliyyə imkanları hesabına həyata keçirilmişdir. İştirakçı təhsil müəssisələri və ziyarətçilər sərgidən ödənişsiz şəkildə yararlanmışlar. Sərgi zamanı ali məktəblərin təmsilçiləri öz qurumları haqqında abituriyentlərə ətraflı məlumat vermiş, abituriyentlər onları maraqlandıran sualların cavabını almışlar.

Xaricdə yaşayan azərbaycanlıların və əcnəbi tələbələrin də ölkəmizdə təhsil ala bilmələri üçün gələcək illərdə “Azərbaycan Universitetləri tanıtımı” layihəsini xarici ölkələrdə də təşkil etmək planlaşdırılır.

XƏBƏR VƏ ELANLAR

2022 intentexpo.org

.

No thanks, I’m not interested!