18 iyun 2022-ci il tarixlərində “Intent Expo” Sərgi Mərkəzi Bakıda daha bir beynəlxalq təhsil və karyera sərgisi keçirməyi planlayır. Qeyd edək ki, “Intent Expo” şirkəti bu sahədə 2019-cu ildən uğurla fəaliyyət göstərir.
Park Inn by Radisson Oteldə baş tutması planlaşdırılan sərgidə Türkiyə və dünyadan bir çox universitetlərin iştirakı gözlənilirş Sərgidə gənclər onları maraqlandıracaq xarici universitetlərin nümayəndələri ilə birbaşa görüşə, maraqlandıqları ixtisaslarla bağlı ətraflı məlumat əldə edə bilərlər. Eyni zamanda paralel şəkildə təşkil olunacaq karyera seminarları da gənclərə gələcək təhsil və iş həyatlarında doğru seçim etməyə kömək edəcək.
Sərgi ilə bağlı yeniliklərdən aşağıdakı rəsmi ünvanlardan xəbərdar olmaq mümkündür.
Facebook: İntent Expo
Twitter: @intentexpo
Instagram: @intentexpo
Web: intentexpo.org